Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı
Biz qardaşlarımızın dərdinə şərikik. Bütün həlak olanlara
Allah rəhmət eləsin, yaxınlarına Allah səbir versin.
Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır.
Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır.
Əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu acı sınaqdan da şərəflə çıxacaq.
Biz bərpa işlərinə də qoşulmağa hazırıq. Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır.