media-bitmeyen-sevda-chapa

Kadim Türk yurdu Tebriz hakkında güzel bir şiir, okuyucularımızın ve takipçilerimizin beğenisine sunuyoruz, ”Tebrizin Gözü Toktur’

media-sabir_rustemxanli-_2020
Sabir Rüstəmxanlı

Şiir Değerli Azerbaycan Şairi ve Milletvekili Sabir Rüstemhanlıya aittir.

İnansa, Təbriz deyil!
Yenə bir məmləkətin ərşə dirənib ahı,
Yerdən əli üzülüb, göydən gəlmir pənahı.
Farsın işğalıdır bu! Mollanın nə günahı?
Din adına irtica! Bu ki yalan söz deyil!
Təbriz buna inanmaz! İnansa, Təbriz deyil!

Daşlarda tarix gəzir, kimindir daş, bilinməz,
Əxlaqı daş dövründə, bacı-qardaş bilinməz!
Anasına göz dikər, yenə oğraş bilinməz!
Ey bunu tarix sayan, Əyyami-Kəmbis deyil!
Təbriz sənə inanmaz! İnansa, Təbriz deyil!

 

Bu yurd türkün torpağı! İzləri itmir hələ!
Əkdiyin şər toxumu göyərib bitmir hələ.
Fikrin Sasanilikdən bəriyə ötmür hələ –
Anlamırsan millətlər önündə kəniz deyil!?
Təbriz sənə inanmaz! İnansa, Təbriz deyil!

Nə Şirazda gözüm var, nə də İsfahanında,
Baxmayaraq onlar da can alıbdır qanımdan.
Təxti-Cəmşidin ki var, əl çək bağ-bostanımdan,
Mənimki Ərdəbildir, Marağadır… Yəzd deyil!
Təbrizin gözü toxdur! Ac olsa, Təbriz deyil!

Özünə paytaxt edib sahibləndin Tehrana,
Parsabadlar əkirsən Qaradağa, Mugana.
Zəncanın, Həmədanın nə dəxli Farsistana?
Şükr et Mazandarana, Xorasan da az deyil,
Təbriz Qəzvindən dönməz! Dönsə, heç Təbriz deyil!

Adını dəyişdirdin dağın, daşın, çöllərin,
Öz ismiylə tarixə şöhrət olan ellərin.
Əl yetsə, dəyişərsən qafasın ölülərin,
Önümüzə eşdiyin bir mərmidir, köz deyil,
Ocağına isinməz! İsinsə, Təbriz deyil!

Fars türkü öz içində əritsin – nə vaxt olub?
Ruhuma öz məkrini yeritsin – nə vaxt olub?
Ağlayan cocuğumu kiritsin – nə vaxt olub?
Xəyanətlər uc-uca… Əlli deyil, yüz deyil,
Təbriz buna dözəmməz! Dözərsə, Təbriz deyil!

Firdövsinin sözü də tarixdən bir namədir,
Türkün böyüklüyündən qəzəblənib nə dedi?
Yazdığı həm “Şahnamə”, həm də “Turannamə”dir,
Ey sonumu gözləyən, türk gün altda buz deyil,
Əriyib suya dönməz! Ərisə, Təbriz deyil!
Bu zənciri qıracaq! Dözümü sonsuz deyil!

media-bitmeyen-sevda-chapa

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

İlgili Haberler