Ölüm düşərgələri: Çin hökümatinin, Uyğurlara qarşı 48 bəhanəsi…
Çin hökümatinin, Uyğurlarin toplama düşərgələrinə göndarilməsi üçün yeterli hesab etdiyi 48 əlamət (buna bəhanə də demək olar)
Tədqiqatçı və yazar Tanner Greerin (Tenr Qririn) 2018-ci ildə “Foreign Policy” (Forin Palisy) jurnalında yayımlanan “Ekstremizmə meylli adamların 48 şübhəli əlaməti” (Forty-Eight Suspicious Signs of Extremist Tendencies) adlı araşdırması, Şərqi Türküstandakı toplama düşərgələrinə göndərilmək üçün edilən həbslərin ölçüsünü və xüsusilə səbəblərini açıq şəkildə ortaya qoyur.
Greerin bu araşdırması “Human Rights Watch” (HRW) təşkilatının Çindən qaçmağı bacaran Uyğurlar və Qazax türkləri ilə müsahibələrinə əsaslanır. Avstraliyanın Adelaida Universitetinin Çinşünaslıq bölməsinin müəllimi və Avstraliya Milli Universitetindən “2018-ci il Çin İllik” kitabının müəlliflərindən biri olan Gerry Groot (Cery Qrout), bu 48 əlamətin Çindəki dini ekstremistləri müəyyənləşdirmək və fərqləndirmək üçün bir bələdçi olduğunu təsdiqləyir (Tanner Greer, “48 Ways to Get Sent to a Chinese Concentration Camp”, Foreign Policy, 13.09.2018)
Bu əlamətlərin ayrılıqda heç bir mənası olmasa da, Çin rəsmiləri bunların hər birini Uyğur mədəniyyəti və dini inancları ilə birlikdə götürərək dindarlıq və militanlıq potensialını təhlil etməyə çalışmışdır. Uyğurların toplama düşərgələrinə göndərilməsi üçün yetərli hesab edilən 48 əlamət aşağıda kimidir:
1) Bir çadıra sahib olmaq
2) Başqalarına “and içmə” demək
3) Xarici ölkəyə getmək
4) Xarici ölkəyə gedən biri ilə danışmaq
5) Qaynaq aparatına sahib olmaq
6) Başqalarına günah işləməməsini söyləmək
7) Artıq yeməyə sahib olmaq
8) Səhər yeməyini günəş çıxmadan əvvəl yemək
9) Xarici ölkəyə gedən birini tanımaq
10) Kompasa sahib olmaq
11) Dövlət məmuru ilə mübahisə etmək
12) Xalq içində Çinin bəzi ölkələrdən daha zəif olduğunu söyləmək
13) Birdən çox bıçağa sahib olmaq
14) Bölgədəki rəsmi vəzifəlilər haqqında şikayət ərizəsi göndərmək
15) Çoxuşaqlı olmaq
16) Spirtli içki istifadə etməmək
17) Rəsmi vəzifəlilərin yatağında yatmasına, yeməyini yeməsinə və evində yaşamasına icazə verməmək
18) VPN (virtual xüsusi şəbəkə) istifadə etmək
19) Siqaret istifadə etməmək
20) Şəxsiyyət vəsiqəsini yanında daşımamaq
21) “WhatsApp” proqramını işlətmək
22) Valideynləri öldükdə yas saxlamaq, xalq içində kədərlənmək və ya kədərli davranmaq
23) Rəsmi vəzifəlilərin DNT nümunəsi götürməsinə icazə verməmək
24) Xarici ölkədə çəkilmiş hər hansı bir videonu izləmək
25) Çin bayrağının olduğu yerdə hicab bağlamaq
26) 45 yaşdan aşağı qadınların hicab bağlaması
27) Məscidə getmək
28) Namaz qılmaq
29) Oruc tutmaq
30) Dini dərs dinləmək
31) Rəsmi vəzifəlilərin “retina oxuma” sistemindən istifadə etməsinə icazə verməmək
32) Rəsmi vəzifəlilərin telefonundakı hər şeyi yükləməsinə icazə verməmək
33) Rəsmi vəzifəlilərə səs yazılarını verməmək
34) Məktəbdə ana dilindən istifadə etmək
35) Rəsmi dairələrdə ana dilindən istifadə etmək
36) “Skype”, “WeChat” kimi proqramlarla xarici ölkədə olan biri ilə danışmaq
37) Üstündə ərəbcə yazı olan paltar geymək
38) Saqqal saxlamaq
39) Dini simvollar olan paltar geymək
40) Məcburi təbliğat siniflərinə qatılmamaq
41) Məcburi bayraq çəkmə mərasimində iştirak etməmək
42) Xalq mübarizəsi iclaslarına (siyasi rəqiblərin xalq tərəfindən hörmətdən salınması) qatılmamaq
43) Ailə üzvlərini və özünü xalq mübarizəsi iclaslarında qınamağı rədd etmək
44) Polis tərəfindən həbs olunduqda intihar etməyə çalışmaq
45) Düşərgədə ikən intihar etməyə çalışmaq
46) Ənənəvi cənazə mərasimi təşkil etmək
47) Polis bölməsində qeydiyyat aparmadan bir çox ailə üzvünü evinə dəvət etmək
48) Yuxarıda qeyd edilənlərin hər hansı birini etmiş bir ailə üzvünə sahib olmaq.