Azerbaycanlı Öğrenciler Derneği Diasporla İş Üzre Devlet Komitesinden Şikayetçi
Türkiyemizde kurulan ve çok sayıda öğrenciden oluşan Azerbaycanlı Öğrenciler derneği bir bildiri yayınladı ve şikayetlerini dile getirdi.
diaspora.com.tr haber sitesine konuşan Dernek Başkanı Seymur Agayev şöyle açıklama da bulundu.
Artıq bir ildən çoxdur ki, Azərbaycanlı Tələbələr Təşkilatı olaraq Türkiyənin bir çox şəhərlərində fəaliyyət göstəririk.
Çox təəssüflər olsun ki, ölkə xaricində fəaliyyət göstərən, Azərbaycanın tarixi,mədəniyyətinin qardaş ölkəmizdə təbliğini aparan,tələbələrin problemləri ilə yaxından maraqlanan bir təşkilat olaraq diqqətdən kənarda qalmışıq.
Bu günə qədər mən və digər idarə Heyəti üzvlərimiz bu məsələləri öz aramızda qismən həll etməyə çalışmışıq.
Lakin sizlərə də məlum olduğu kimi, təşkilatların fəaliyyəti tələbənin cibindəki qəpik-quruşla çox davam gətirə bilməz.
Bu günə qədər Azərbaycanın aidiyyatı dövlət qurumlarına layihələr təqdim etdik və hər dəfə də rədd cavabı aldıq. Ən son 2022-ci ildə “Şuşa və Qarabağın təbliği” adlı layihəmizi, Diasporla İş Üzrə Dövlət Komitəsinə və bəzi qurumlara göndərdik.
Aldığımız cavab isə “Rədd edilmişdir” oldu.
Üstəlik də, müraciətimizə heçbir tutarlı cavab verilmədi.
Buna rəğmən şəxsi vəsaitimiz hesabına Türkiyənin fərqli şəhərlərində bir çox tədbirlər təşkil etdik.
Bu sırada, “20 Yanvar”,”Xocalı Soyqırımı”, “28 May”, “Qarabağ Zəfəri” və digər təşkil etdiyimiz tədbirləri qeyd edə bilərik.
Sadalanan tədbirlərin içərisində yalnız birinin – “26 Fevral Xocalı Soyqırımı”nın maliyyə dəstəyini
2022-ci ilin fevralında Diasporla İş üzrə Dövlət Komitəsi öz üzərinə götürmüşdü.
Bu il də təşkilatımızın İdarə Heyətindən Layihə hazırlamaq üçün təklif verildi. Mən isə bu təkliflə bağlı nə deyəcəyimi bilmədim. Çünki nəticə olaraq yenə də layihələrimizə dəstək verilməyəcəyini bilirəm. Bu gün Türkiyədə 30000-dən çox tələbə təhsil alır. Bu tələbələrin də bir çoxu problemləri ilə bağlı təbii olaraq bizə müraciət edir. Biz isə hər hansı maliyyə dəstəyi olmadan bu problemlərin həlli istiqamətində effektiv iş apara və ya da problemləri həll edə bilmirik. Onu da qeyd edim ki, Türkiyədə bəzi təşkilatlar komitə tərəfindən ofis və.s vastələrlə təmin olunur. Ancaq bizə gəldiksə isə əfsuslar olsun ki, gülməli cavablar verirlər.
Təsis etdiyimiz,Azərbaycanlı Tələbələr təşkilatının üzləşdiyi bu laqeyd münasibət barəsində Azərbaycan ictimaiyyətini çox yaxın günlərdə daha ətraflı məlumatlandıracağıq.
Tələbələrin gücü,təşkilatçılıq bacarığı çoxdur. Onlarla dağı dağ üstə qoymaq olar. Onlar Azərbaycanı və doğma Türkiyəmizi bağlayan, təbliğ edən gənclərimizdir. Etimad göstərin ki, özlərini təsdiq etsinlər. Gənclərimizə də diaporamıza da iş birliyi və uğurlar!
Tələbələrə- öyrənciləro diqqət bi